Homepage2018-11-06T05:49:59+00:00

Hazırda mobil telefonlar təkcə ünsiyyət vasitəsi deyil

Oyun oynamaq, musiqi dinləmək,  keyfiyyətli foto çəkmək üçün əvəzedilməz alətə çevrilib.

Eyni zamanda telefonlar daha bir çox prosesləri yerinə yetirə biləcəyimiz cihaz halına gəlib. Rahatlıqla deyə bilərik ki, smartfonlar bir çox funksiyaları ilə heç də kompüterlərdən geri qalmır.  Hətta günümüzdə mini kompüterləri belə asanlıqla əvəz edə bilir.

Gündəlik həyatımıza belə sürətlə daxil olan smartfonlar bir çox hallarda işimizi asanlaşdırır və vaxtımıza qənaət etməkdə köməkçi olurlar. Bir neçə işlə eyni anda məşğul olan işgüzar insanlar üçün düzgün seçilmiş smartfonlardan yaxşı nə ola bilər?

Mobil Telefonlar Haqqında

Təkcə xoş görünüşlü, son model telefonlara sahib olmaqla iş bitmir. Bəlkə də ən çətini bizə nə kimi telefonların lazım olduğunu bilməkdir.

Telefon alarkən bir çox insan onu uzun müddət istifadə etmək istəyər. Seçim etməyə büdcənizi müəyyənləşdirməklə başlamaq ən yaxşı addımdır. Yüksək məbləğdə olan bütün telefonlar sizin ehtiyacınızı ödəməyə də bilər. Eyni zamanda da ucuz telefonlar da keyfiyyətsiz, işinizə az yarayacaq deyə düşünməməlisiniz.

Əvvəllər işlətdiyiniz hər hansı telefon markası haqqında xoşagəlməz fikirləriniz ola bilər. Ancaq bu o demək deyil ki, sözügedən markanın bütün seriyaları sizin üçün uğursuz seçim olacaqdır. Belə ki, dostlarınızın narazı qaldığı markaların olmağı da mümkündür.  Bunun üçün onların düşüncələri ilə işlətmədiyiniz hər-hansı telefon markası haqqında bəd fikrə qapılmamağınız gərəkdir. Belə ki, onların telefon seçərkən gözləntilərinin nə olduğunu bilmirsizsiniz.

Smartfon alarkən onu nə üçün istifadə edəcəyinizi bilməyinizdə fayda var.

Telefondan daha çox oyun üçün istifadə edəcəksinizsə, güclü prosessorunun və “RAM”nın minimum 3GB olduğuna diqqət edin. Oyun üçün ən yaxşı LG və Nokia telefonları ola bilər.

Telefonunuzu çox zaman iş üçün istifadə edəcəksinizsə, bu zaman sizin üçün sürəti 1.5 GHz olan telefonlar kifayət edəcəkdir. İPhone markasına da müraciət edə bilərsiniz. Yox əgər əməliyyat sistemi Android olan telefon istəsəz, bu zaman “Samsung”un S6 və ya ondan sonrakı seriyaları  köməyinizə çata bilər. Aktiv sosial media istifadəçisinizsə, iPHone telefonlarına müraciət etmədən də, “Samsung”un E VƏ J seriyalarından rahatlıqla istifadə edərək ehtiyacınızı ödəyə bilərsiniz. Mobil telefonunuzu nə üçün istifadə edəcəyinizi müəyyənləşdirdik də işin yarısını həll etmiş sayılırsınız. Ancaq bundan əlavə ekran ölçüsü və kamera kimi ektra seçimləriniz də ola bilər. Bəziləri üçün isə səs, telefonun ölçüsü də mühüm əhəmiyyət kəsb edir.

Geniş ekranlı telefon seçmək istəsəz, günümüzdə əksər telefonların ekranı onsuzda genişdir.

Bu barədə çətinlik çəkməyəcəksiniz. Bu tələbə isə ən yaxşı LG markasının telefonları cavab verə bilər. Artıq bir çox tanınmış və keyfiyyətl iPhone, Asus, BlackBerry, Fly, Google, Hisense, HTC, Huawei, Lenovo, LG, Motorola, Nokia, Samsung, Sony, Xiaomi kimi markaların məhsullarını münasib qiymətə UniMall.az saytından sifariş verə bilərsiniz. Bunun üçün artıq mağaza-mağaza gəzməyə də ehtiyac yoxdur. Evinizdən istədiyiniz məhsulu seçib həm qapıda nağd ödəmə ilə, həm də kreditlə əldə edə bilərsiniz.

UniMall.az saytı sizə müxtəlif mağazalar aid 1400-ə yaxın mobil telefonlar təqdim edir.

Mobil Telefonlar